Oktyabrın 10-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 71 min 683,17 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 10-dək pambıq qəbulu məntəqələri 27 min 47,40 ton məhsul tədarük etmişdi.
AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 10-na olan operativ məlumatı təqdim edir.