10 oktyabr 2017 22:03
410

Bu il mənfəət neftinin və qazın satışından Neft Fonduna 4,6 milyard dollar daxil olub

Cari ilin 9 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) mənfəət neftinin və qazın satışından 4 milyard 602,6 milyon ABŞ dolları və yaxud 7 milyard 957,8 milyon manat məbləğində vəsait daxil olub.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib.