11 oktyabr 2017 17:17
612

Dekabrda Neftçala avtomobil zavodunda avtomobil istehsalına başlanılacaq

Bu ilin dekabrında Neftçala avtomobil zavodunda avtomobil istehsalına başlanılacaq. Zavodda il ərzində 2 min avtomobil istehsal olunacaq. Qeyd edək ki, zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Alman-Azərbaycan biznes-forumunda məlumat verib.