13 oktyabr 2017 21:02
527

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrdən danışılıb, ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin inkişafına böyük önəm verir.

Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət açıb, bu problemin ölkəmizin inkişafına mane olduğunu vurğulayıb.

Prezident Rumen Radev müxtəlif sahələrdə əməkdaşlığın Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Dövlət başçısı bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb.