18 oktyabr 2017 21:27
894

Müasir cəmiyyətin gender problemləri araşdıralacaq

Noyabrın 25-də Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsinin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Konfransın işi gender və tarix, dində gender aspektləri, müasir cəmiyyətin gender problemləri, Azərbaycanda gender demokratiyasının inkişafı, iqtisadi nəzəriyyənin gender aspekti, gender tədqiqatlarının hüquqi aspektləri, gender və mədəniyyət, ədəbiyyatımızda gender problemi istiqamətləri üzrə aparılacaq.

Tezislər noyabrın 10-dək qəbul olunur.

Konfransda iştirak etmək istəyənlər tezislərini [email protected] ünvanına göndərə bilərlər.