18 yanvar 2018 14:49
1412

ADAU-da növbəti elmi şura

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetində növbəti elmi şura keçirilib. Şura üzvləri əvvəlcə 20 yanvar şəhidlərinin ruhuna ehtiram əlaməti olaraq xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra faciəni tarixi detallarını əks etdirən filmə baxıblar.

ADAU-nun mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, yanvarın 19-dan 20-ə keçən gecə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu hadisə tariximizə həm də şərəf və qürur kimi yazıldı.

Elmi şurada 2017-2018-ci tədris ilinin payız semestrinin gedişi və yaz semestrində qarşıda duran məsələr də müzakirə edilib. Tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov imtahanlar barədə ətraflı məlumat verib, mövcud vəziyyəti təhlil edib, qarşıda duran vəzifələrdən danışıb.