16 fevral 2018 17:40
1558

"Neftçi” və "Sumqayıt" klublarının prezidentləri istefa verdi

"Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə Trend kluba istinadən məlumat yayıb.

O, bu gün istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Onun istefası qəbul olunub.

"Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev də şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”