30 sentyabr 2020 22:45
919

ABŞ-dan 7 aviaşirkətə bəd xəbər

ABŞ-ın Maliyyə Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar ölkənin 7 aviaşirkəti üçün açdığı kredit xəttini bağlayıb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, həmin aviaşirkətlər “United Airlines”, “American Airlines”, “Alaska Airlines”, “Frontier Airlines”, “JetBlue Airways”, “Hawaiian Airlines” və “SkyWest Airlines”dır. Şirkətlər məşğulluğun qorunması proqramı çərçivəsində verilən maliyyə dəstəyinin dayandırılmasından sonra 30 mindən çox işçini ixtisar edəcəklərini bəyan edib.