14 yanvar 2021 16:22
386

Adları "Forbes" jurnalında yer alan ən bahalı personajlar - FOTO

Lüsil Blut - 1 milyard

Lüsil Blut "Geridə qalan inkişaf" serialının əsas qəhrəmanlarından biridir. Lüsil personajı namussuz və əyyaş bir qadın kimi tanınıb. Əri həbsdə olarkən özünü layiqli bir vətəndaş və namuslu  qadın kimi qələmə versə belə, qanunsuz işlərlə məşğul olurdu. Neqativ bir personaj olsa da insanların böyük marağına səbəb olduğu üçün bu personajı canlandıran aktrisa 1 milyard dollar qonorar almışdı.

Colin Bennet - 1 milyard

"Ofis" serialının "kraliçası" adlandırılan  Colin Bennet  personajını canlandıran aktrisa Keti Beyts bu məşhur roluna görə 1 milyard dollar qonarar alaraq zənginləşmişdi. O, hətta özünəməxsus  kağız şirkətini açaraq sərvətini daha da artırmışdır.

Ceffi Lebovski  – 1 milyard

  1998-ci ildə Koen qardaşlarının çəkdiyi “Böyük Lebovski” filmində baş qəhrəman Cef Lebovski obrazı ilə tanınan Devid Hadlston oynadığı bu rola görə 1 milyard dollar qonorar almışdı. Ceffi personajının  həyatı özü qədər mübahisəlidir. Əlil arabasına məhkum olan Koreya müharibəsinin qazisi  həyatdan ən yaxşısını alaraq  gənc bir gözəl ilə evlənir. Qeyd edək ki, Amerikalı aktyor Devid Hadlston 85 yaşında vəfat edib.  

Çak Bas - 1.1 milyard

"Qeybətcil" serialının əsas canisini  canlandıran əsas personaj Çak Bas əmlak maqnatı Bart Bassın oğludur. Neqativ bir personaj olan Çak intriqalardan qidalanan  və insanlardakı ən aşağı təzahürləri çox sevən biridir. Ed Westwick-in canlandırdığı  Çak Bas personajı  1.1 milyard dollar qonorar almışdı.

Mister Monopoliya - 1.1 milyard

Monopoliya oyununun əsas üzünə çevrilən bu kök, bığlı kişi dünyanın  ən bahalı personajlarından biridir.

Lara Kroft - 1,3 milyard dollar

2000-ci illərdən bu günə qədər bir ulduza çevrilən Lara Kroft personajı  dünyadakı pərəstişkarlarını hələ də həyəcanlandırmaqda davam edir . Atletik bədənə  və təbii cazibəyə sahib olan bu gözəl personajı Angelina Coli canlandırıb. Oynadığı həmin rola görə aktrisa 1.3 milyard dollar qonorar almışdı.

Lyütsius Malfoy - 1,6 milyard dollar

"Harry Potter" filmində neqativ bir personaj kimi tanınan  Lyütsius Malfoy  kainatın ən zəngin sehrbazlarından biridir. Oynadığı bu rola görə aktyor 1.6 milyard dollar qonorar almışdı.

Forrest Qamp - 5.7 milyard dollar

"Forrest Qamp" – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı filmdir. Film Uinston Qrumun eyniadlı romanı əsasında çəkilsə də, ssenari romandan çox böyük ölçüdə fərqlidir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi görkəmli şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını təsvir edir. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Bu filmin baş rolunu canlandıran Tom Hens oynadığı rola görə 5.7 milyard dollar qonorar almışdı.

Skrudj Mkdak - 65.4 milyard

Skrudj Mkdak və ya Skrudj əmi  məşhur cizgi filminin əsas personajlarından biridir. Skrudj Amerika animasiyası və komiksində  sahibkarların əsl üzlərini göstərən uydurma bir personajdır. Xəsisliyin bir simvoluna çevrilən bu personaj qəribə və bəzən məzəli hərəkətlərinə görə uşaqlar tərəfindən çox sevilmişdi. Bu personajı yaradan insanlar etdikləri işə görə 65.4 milyard dollar almışdılar.

Samirə Tağıyeva, "İki sahil"