21 noyabr 2019 14:05
1152

Ağgöl Milli Parkında balıq ovu turniri keçirilib

Ölkədə sivil balıq ovunun təbliği üçün növbəti həvəskar balıq ovu turniri noyabrın 19-da Ağgöl Milli Parkında keçirilib.

Brakonyerliyə son qoymaq, sivil balıq ovlanması qaydalarına əməl edərək icazə verilən ərazilərdə icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ və təşviq etmək məqsədilə keçirilən turnirdə 80-dən çox həvəskar balıqçı iştirak edib. Bunu jurnalistlərə açıqlamasında Ağgöl milli parkının direktoru Qüdrət İbrahimov bildirib.

O qeyd edib ki, milli park ərazisində həvəskar balıqçıların icazə verilən ov alətləri ilə ov etmələri üçün yerlər müəyyən olunub və lazımi şərait yaradılıb.

“Bu cür tədbiləri milli park ərazisində müntəzəm keçirmək fikrindəyik. Belə  tədbirləri keçirməklə hər bir vətəndaşı balıq ehtiyatlarının qədrini bilməyə, faunamızı qorumağa və insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırırıq. 

Turnirin sonunda həvəskar balıqçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb”.