10 avqust 2020 00:45
1295

Ağsuda zəlzələ olub

Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasindan 14 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınmış zəlzələnin gücü 3,1 bal olub.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.