17 yanvar 2021 09:09
330

Alpan kəndində ev yandı

Quba rayonunun Alpan kəndində ümumi sahəsi 70 m² olan (hər mərtəbəsi 35 m², ikinci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.