03 dekabr 2020 14:12
553

ATƏT sədri Qarabağda döyüşlərin dayandırılmasını alqışlayıb

"ATƏT-in Minsk Qrupu həmsədrlərinə tam dəstəyimi ifadə etmək istəyirəm".

"İki sahil" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama təşkilatın Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

“Xoşbəxtlikdən Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatıb. İndi razılaşmaları yerinə yetirmə vaxtıdır. Münaqişənin uzunmüddətli və hərtərəfli həllinə nail olmaq üçün əsaslı danışıqlar davam etdirilməlidir", - deyə ATƏT sədri bildirib.