13 avqust 2020 17:35
1459

Bakı karantinin yumşalmasından sonra … - FOTO

Bildiyimiz kimi, avqustun 5-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə  mərhələli yumşalma prosesi həyata keçirilib. Belə ki, sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazəsi, xidməti vəsiqə, icaze.e.- gov.az portalı vasitəsilə tərk etmək qaydası ləğv olunub. Bərbər və gözəllik salonlarının fəaliyyətinin bərpası, çimərliklərin açılması da karantin rejiminin yumşaldılmasında növbəti addımlardan oldu. Avqustun 10-dan etibarən bır sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Buraya maşın və avadanlıqların istehsalı, elektrik avadanlıqlarının, kompüter, elektron və optik məhsulların, avqomobil, qoşqu və yarımqoşquların, poliqrafik məhsulların, zərgərlik məmulatlarının, musiqi alətləri, idman mallarının, tütün məmulatlarının, dəri və dəri məmulatlarının, eləcə də geyim və ayaqqabı istehsalı daxildir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmçinin müəyyən sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki –hüquqi müqavilə ilə işləyən şəxslərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.

Bir sıra ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyətə başlaması paytaxtda Bakıda insan sıxlığına əhəmiyyətli dərəcədə təsir göstərib.

“İki sahil”in fotoqrafı Vüsal Cahanov da yumşalma prosesindən sonra paytaxtın mərkəzi küçələrindəki dəyişikliyi lentə alıb.

Həmin fotoları sizlərə təqdim edirik: 

Xatırladaq ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılması və yoluxma sayının azalması vətəndaşları əsla arxayınlaşdırmamalıdır. Təcrübə göstərir ki, may ayında tətbiq edilən yumşalma qərarı nəticəsində bir sıra vətəndaşların arxayınlaşması və məsuliyyətsizliyi yoluxma sayının yenidən artmasına səbəb oldu. Odur ki, yumşalmanın səviyyəsindən və əhatə dairəsindən asılı olmayaraq, mütləq qoruyucu maskalardan istifadə edilməli, insanların çox olduğu məkanlarda sosial məsafə gözlənilməlidir. Təbii ki, pandemiya şəraitini nəzərə alaraq, müəyyən qaydalara əməl etmək məcburidir. Çalışaq ki, laqeydlik, biganəlik və qaydalara əməl edilməməsi bizi sərt karantin günlərinə qaytarmasın.