27 fevral 2020 12:57
1673

Bakıda 15-ə yaxın çadır quraşdırıldı

Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.

Bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub:

"İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb".

Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. //Trend