14 may 2019 15:19
223

Bakıda Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə görüş keçirilir

Bakıda dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilir.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Brüsseldə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib.

"Bu gün Bakıda nazir müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilir. Görüş artıq başlayıb, onlar delimitasiya məsələsi ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüş ikigünlükdür, sabah da davam edəcək", - E.Məmmədyarov deyib.