31 iyul 2019 10:24
1008

Bakının bəzi qəsəbələrinin təbii qaz təchizatı dayandırılacaq

Bu gün saat 11:00-dan 13:00-dək qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların dövlət yoxlamasından keçirilmiş eyniadlı qurğularla əvəz olunması ilə bağlı Sabunçu rayonu üzrə bir qrup abonentin təbii qaz təchizatı dayandırılacaq. Saat 11:00-dan sazlama işləri ilə əlaqədar Xəzər rayonunun Binə və Qala qəsəbələrində, Qaradağ rayonunun isə Ələt qəsəbəsində bir qrup sakinin qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.