14 yanvar 2020 19:34
1135

Böyük Britaniya hökuməti Şotlandiyanın müstəqillik tələbini rədd edib

Böyük Britaniyanın Baş Naziri Boris Conson referendumun Şotlandiyanın son on ildəki siyasi durğunluğunu davam etdirəcəyini söyləyib.

Şotlandiyanın Birinci Naziri və Milli Partiyanın lideri Nikola Stercen dekabrda keçirilən parlament seçkilərində 48 yer qazandıqdan sonra Britaniya hökuməti ilə ölkəsində müstəqillik referendumunun keçirilməsi barədə danışıqlara başlayacağını açıqlamışdı.

Xatırladaq ki, 2014-cü ildə keçirilmiş müstəqillik referendumunda 55 faiz seçici Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi.