13 dekabr 2019 16:30
582

Bu il 96 milyon manatdan artıq qaçaqmalın qarşısı alınıb

Bu il 96 milyon 376 min manat dəyərində qaçaqmalın, 2 ton 240 kiloqram 973 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­ib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.