17 oktyabr 2019 12:55
451

Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib

Cəlilabad Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqillik Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" şüarı altında gənclərin yürüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumrayon yürüşü Cəlilabad şəhərindəki Xatirə parkından başlayıb. Yürüş iştirakçıları Heydər Əliyev prospekti boyunca hərəkət edərək Bayraq meydanında gənclərin fləşmobu ilə başa çatıb.

Yürüşdə 3000-ə yaxın gənc iştirak edib.