15 yanvar 2019 21:42
466

Çində yanacağın qiyməti artırılıb

Dünya bazarında xam neftin qiymətinin qalxması Çində yanacağın pərakəndə satış qiymətinin dəfə artırılmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti 105 yuan (təxminən 15,5 ABŞ dolları) artırılıb. Bu, cari ildə ilk qiymət artımıdır.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.