07 may 2024 21:01
281

Əmək müqavilələrinin sayı

5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, xidmət tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 442.126 vahid artıb və 2024-cü ilin may ayının 1-nə 1.844.041 olub.

Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 398.852 vahid artaraq 938.774 olub.