04 aprel 2019 11:36
795

Çinin neft nəhəngləri xərcləri 20% yüksəldir

Çinin üç iri dövlət neft və qaz şirkəti cari ildən xərcləri 20% artıracaq. Onlar ümumilikdə 74,4 milyard dollar  sərmayə planlaşdırırlar.

“PetroChina”, “CNOOC” və “Sinopec” 2-18-ci ildə tələbatın 70%-ni ödəmək üçün xaricdən neft gətirməyə məcbur olublar. Təbii qaz tələbatının isə     45%-i  idxal hesabına ödənilib.

Sözügedən şirkətlər təkcə ölkə daxilində deyil, digər dövlətlərdə olan aktivlərinə də diqqəti artırmaq niyyətindədirlər.

Məsələn, “PetroChina” dövlət enerji şirkəti sərmayənin əsas hissəsini neft və qaz hasilatına yönəldəcək. Şirkət bundan əlavə Rusiyada və Kanadada iki mayeləşdirilmiş təbii qaz layihəsini tamamlamağı, Əbu Dabidə neft yataqlarından birində pay almağı planlaşdırır.

Çinin ikinci böyük neft hasilatı şirkəti “CNOOC” xərcləri 9,31 milyard dollardan 10,4-11,9 milyard dolları yüksəltmək fikrindədir.

“Sinopec” dövlət enerji şirkəti isə cari il ərzində sərmayə həcmini 41% artırmağı qərara alıb. “Sinopec” neft sahəsinə xüsusi diqqət ayıracaq.