05 dekabr 2019 10:37
705

Daşkəsəndə YAP-ın namizədlərinin təbliğatı davam edir

Ötən gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin üzvləri   rayonun Zinzahal və Çanaqçı kəndlərində partiya tərəfindən irəli sürülmüş namizədlərlə seçicilərin görüşünü keçirib.

Görüşdə YAP-ın Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon  şöbəsinin sədri Meydanəli Yolçuyev, bələdiyyə seçkilərində iştirak edən namizədlər, partiya fəalları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə rayonun Zinzahal və Çanaqçı bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 11 nəfər tədbir iştirakçılarına təqdim edilib.

YAP-ın Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon  şöbəsinin sədri Meydanəli Yolçuyev çıxış edərək Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, ümumxalq dəstəyi və etimadı qazanan partiya 23 dekabr bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir6 “İnanırıq ki, həmişə olduğu kimi, bu bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.”

Cavid Əkbərov, “İki sahil”