01 iyun 2020 13:22
747

DİM: Maksimum 15 nəfər...

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 1-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət olunmaqla təşkil edəcək.