KÖŞƏ

Zahid Rza

Əli Kərimli qaragüruhunun son sığınacaq yeri

20 avqust 2019 18:15
583

Bu gün AXCP sədri Əli Kərimlinin, “Milli Şura”nın rəhbəri Cəmil Həsənlinin Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin və onların tör-töküntüləri olan Gültəkin Hacıbəylinin, Qənimət Zahidin, Müsavat Partiyasının başqanı Arif Hacılının, siyasi mühacir adı ilə Qərbin müxtəlif ölkələrində məskunlaşaraq antiazərbaycan dairələrin təlimatları və çirkli pulları ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Sevinc Osmanqızı, Qurban Məmmədov, psixi xəstə olan Vidadi İsgəndərli, Ramiz Yunus kimilərin çirkin əməllərinə diqqət edəndə qədim Roma filosofu Siseronun müdrik bir kəlamını xatırlamamaq olmur: “Kim ki, həyatında tək bircə dəfə utancaqlıq sərhədini keçir, o, ömürlük həyasıza çevrilir”.

Doğrudan da ötən əsrin 90-cı illərində zəbt etdikləri dövlət idarəçiliyini iflic edərək ölkəni parçalanmaq həddinə gətirən, müstəqilliyi yox olmaq təhlükəsi ilə üz-üzə qoyan bir hakimiyyətin əsas simalarından olan AXCP sədri Əli Kərimlinin bugünkü antimilli fəaliyyətini müşahidə etdikcə açıq-aşkar görünür ki, “demokrat” donuna bürünən bu şəxsin və onun dirijor çubuğu ilə hərəkət edən xəyanətkarların bir məqsədi var: ölkədə xaos, anarxiya yaradaraq yenidən hakimiyyəti zəbt etmək. Ermənipərəst dairələrə bağlı olan fondlardan aldıqları çirkli pullarla antimilli fəaliyyət göstərən bu qaragüruhçular öz çirkin məqsədlərinə nail olmaq üçün ən alçaq vasitələrdən istifadə etməkdən belə çəkinmirlər. Dağıdıcı fəaliyyətləri ilə özlərini cəmiyyətdən təcrid edərək marginallaşan Ə.Kərimli güruhu və onun bütün milli, əxlaqi dəyərlərə zidd olaraq kor yabısını minib köndələn çapan muzdlu təbliğat şəbəkəsi antiazərbaycan dairələrlə, erməni lobbisinin təsiri altında olan təşkilatlarla birləşərək ölkəmizə qarşı total qarayaxma kampaniyası aparırlar.

Zamanın tələbinə uyğun olaraq dəyişməyən, küçə və meydanlarda, həmçinin sosial şəbəkələrdə “meydan sulayan” bu marginalların son dövrlərdəki antimilli fəaliyyətləri onların mənfur simalarını geniş ictimaiyyətimizə hərtərəfli bəlli edib. Demokratiyanı öz xarakterlərinə uyğun olaraq mənəviyyatsızlıq, anarxiya kimi anlayan Ə.Kərimli və ətrafındakı xəyanətkarların vətənşüvənlik edərək  səsləndirdikləri “vətənpərvər” şüarları cəmiyyətimiz birmənalı şəkildə rədd edir. Əslində bolşevik xislətli, qisasçılıq hissi ilə alışıb yanan, demokratiyanı anarxiya, hakimiyyətsizlik, söz azadlığını başqasının şərəf və ləyaqətini alçaltmaq kimi qəbul edən, plüralizmi başıpozuqluq kimi başa düşən, cəmiyyət qarşısında məsuliyyət hissini itirən bu qaragüruhu tarixin özü, cəmiyyətin inkişaf qanunları çoxdan murdar bir nəsnə kimi kənara tullayıb. AXCP, “Milli Şura” rəhbərlərinin və onların yanında tula payına yallananların son dövrlərdə sosial şəbəkələrdəki antimilli çıxışları bir daha təsdiq edir ki, vaxtilə sovet KQB-sinin Xalq Cəbhəsinə yerləşdirdiyi “Yurd” təşkilatını bu gün antiazərbaycan dairələrin görünməz əlləri idarə edir.

Cəmiyyətin dəstəyindən məhrum olan “Facebook”da, “Youtube” məskunlaşaraq adi məişət məsələlərini şişirtməklə məşğul olan Ə.Kərimli ən adi bazar söhbətlərini belə dövlətin, hakimiyyətin əleyhinə çevirməyə çalışır. Elə bu günlərdə Lerik rayonunda yerləşən “Relax” İstirahət Mərkəzində baş verən hadisə ilə bağlı AXCP sədrinin sosial şəbəkələrdəki moizələri, terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırması bunun əyani sübutudur.

Bütün cəmiyyətimiz bilir ki, dağıdıcı müxalifət həmişə olduğu kimi, bu gün də  Azərbaycan əleyhdarı olan xarici məkrli qüvvələr və erməni lobbisinin təsirində olan dairələr tərəfindən idarə olunur. Bu qüvvələrin məqsədi ölkəmizi nüfuzdan salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq, möhkəm təməllər üzərində bərqərar olan ictimai sabitliyini pozmaq, daxildə xaos yaratmaq və dövlətçiliyimizi zəiflətməkdir. Şübhəsiz, öz Vətəninə, xalqına qənim kəsilən, hakimiyyət, kreslo naminə milli maraq və mənafelərimizi tapdalayan, məkrli erməni lobbisi ilə sıx əməkdaşlıq edən dağıdıcı müxalifət nümayəndələri heç nəyə nail ola bilməyəcəklər. Ölkəmizdə mövcud olan güclü xalq-iqtidar birliyi onların arzularını gözlərində qoyacaq və bu xəyanətkarlar gec-tez əlahəzrət ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Vəli İlyasov
Qiymət: O
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...