20 yanvar 2021 23:09
326

Elmə məlum olmayan yırtıcılar

Avstraliya sahillərində okeanın dərinliklərində elmə məlum olmayan yırtıcılar aşkarlanıb.

"İki sahil" xəbər verir ki, daha əvvəllər bilinməyən yırtıcı süngər növlərini "Queensland" Muzeyinin alimləri tapıb.

Yeni canlı növlərinin Böyük Avstraliya Körfəzinin 3 km dərinliyində yaşadığı bildirilir.

Araşdırmanın məqaləsi "Science Media Exchange"də yayımlanıb. Süngərlər dəniz suyunu süzərək qidalanan çoxhüceyrəli heyvanlardır, lakin yırtıcı növlər kiçik xərçəngkimilər kimi digər sualtı sakinlərini ovlamağa uyğunlaşıb.