Transferə müvəqqəti ara verən Türkiyənin “Beşiktaş” klubu gənc futbolçunun adı ilə gündəmə gəlib. Qabon futbolçusu Jorel Eto'o Beh Nguema “Beşiktaş”da sınaq məşqlərə başladığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, gələcəyə hazırlanan transfer etməyi planlaşdıran “Beşiktaş” U-19 komandası üçün gənc və istedadlı oyunçu ilə anlaşmağa hazırlaşır.
"İşlərim istədiyim şəkildə gedir. İdman karyeram İstanbulda olacaq." Deyən 19 yaşlı futbolçu sözlərini belə davam etdirib: "19 yaşına çatmayanlarla profesionallar arasında çox böyük bir fərq var. Ehtiyat komanda məni və dörd məşqçi qiymətləndirdi. Təlimlər olduqca gərgin idi. 90 dəqiqə ərzində ayıq olmaq lazımdır. Konsentrasiyanı yüz faiz olaraq oyuna əks etdirməlisən. İnanıram ki, fərdi məşq proseslərindən sonra ehtiyat komandaya qoşulacam. Texniki heyətin və klub rəhbərlərinin cavabını gözləyirəm."