Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
15 oktyabr 2020 01:45
703

"Facebook" və "İnstagram"ın işində problemlər yaranıb

Facebook və Instagram sosial şəbəkələrinin işində bir sıra ölkələrdə problemlər müşahidə olunur.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə populyar İnternet resurslarının işini izləyən Downdetector xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, "İnstaqram"ın işində texniki qüsurlar əsasən ABŞ, Böyük Britaniya, Niderland, Polşa, İspaniya və Avropanın digər ölkələrində, "Facebook"un işində texniki qüsurlar isə əsasən Latın Amerikası ölkələrində müşahidə edilib.