07 noyabr 2019 15:43
86

Göygöldə itkin düşən 58 yaşlı Şamaxı sakini axtarılır - FOTO

Şamaxı rayonunun Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.

DİN-dən “İki sahil”ə verilən məlumata görə, onun əlamətləri belədir: boyu 160-165 sm., arıq bədən quruluşlu, qarabəniz, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur.

M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.