30 sentyabr 2020 09:54
952

Göz təzyiqindən necə qurtulmalı?

Göziçi maye təzyiqinin artması ilə ortaya çıxan göz təzyiqi (qlaukoma) birbaşa yüksək qan təzyiqi ilə əlaqəli vacib sağlamlıq problemlərindən biridir. Çünki göz içi mayenin təzyiqi artarsa, görmə sinirlərinə təsir edə bilər. Bu, görmə sinirlərinin zəifləməsinə və hətta görmə itkisinə səbəb ola bilər. Görmə itkisinin dörddə biri göz təzyiqindən qaynaqlanır və oftalmoloqa müraciət edən 10 xəstədən birinin göz təzyiqi yüksəkdir. Beləliklə, göz təzyiqinə qarşı çox diqqətli olmalı və lazımi yoxlamaları mütəmadi olaraq etməlisiniz. Bəs göz təzyiqinin qarşısını almaq üçün nə etməli?

Mütəmadi olaraq idman edin

Sağlam həyatın açarlarından biri olan idman göz təzyiqi məsələsində də ön plana çıxır. Çünki zəif qan dövranı gözdəki damarların sərtləşməsinə səbəb olur və bu da göz təzyiqi riskini artırır. Ağır hərəkətlərdən çox elastikliyi artıran və hər gün müntəzəm olaraq edəcəyiniz 20-30 dəqiqəlik sadə kardio məşqləri göz təzyiqinin qarşısını alır.

Şəkər və duzun istifadəsinə diqqət yetirin

Xörək duzu əvəzinə dəniz və ya Himalay duzunu seçməlisiniz. Ancaq yeni araşdırmalara görə təkcə duz deyil, şəkər də qan təzyiqini artırır. Beləliklə, diabet və qlaukoma arasındakı əlaqə haqqında danışa bilərik. Şəkərlə zəngin, işlənmiş qidalardan və hazır qidalardan çəkinmək daha vacib bir məqamdır. Brokoli, gül kələm, kərəviz, çuğundur, soğan, xiyar və kələm kimi kaliumla zəngin olan qidalara da üstünlük verməlisiniz. Qatkısız, təbii və rəngli tərəvəz və meyvələrlə göz təzyiqi xaricində bir çox təhlükəli xəstəliklərə qarşı tədbir ala bilərsiniz.

İrsi amillər

Göz təzyiqi genetik faktorlardan çox təsirlənir. Ailə üzvlərinizdən birinin göz təzyiqi varsa, daha diqqətli və tədbirli olmalısınız, çünki irsi amillər göz təzyiqi riskini səkkiz dəfə artırır.

Siqaret çəkməyin

Təzyiqi artıran digər faktorlar kimi, siqaret çəkmək də göz təzyiqi üçün zərərli qidalar qədər təhlükəlidir. Bədəndəki bütün damarları bağlayan siqareti buraxmaq, göz sağlamlığı və keyfiyyətli həyatla yanaşı, bütün digər xəstəliklər üçün düşündüyünüzdən də çox vacibdir.

İldə ən az iki dəfə göz təzyiqini ölçün

Göz təzyiqi asanlıqla başa düşülmədiyi üçün hər altı aydan bir həkim müayinəsindən keçməlisiniz və göz təzyiqinizi ölçməlisiniz. Göz təzyiqinin çox məkrli bir xəstəlik olduğunu və heç bir əlamət göstərmədən irəliləməsi ehtimalının 90% olduğunu unutmamalısınız.

Samirə İsmayılova, “İki sahil”