16 yanvar 2019 14:49
1251

Güclü külək əsəcək, sulu qar, qar yağacaq

Azərbaycanda yanvarın 17-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23 metr olacağı, arabir 28-33 metrədək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi ehtimalı var. Temperaturun anomal gedişi proqnozlaşdırılır. Havanın temperaturu Abşeron yarımadasında gecə və səhər 4°-yə yaxın isti, axşama doğru isə 2°-dək isti, Bakıda gecə 4-6°, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Duman olacaq. Qərb küləyi əsəcək, sürətinin saniyədə 7-12 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi, Kür çökəkliyi rayonlarında arabir saniyədə 33-38 metrədək şiddətlənəcəyi bildirilir. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 5-10°, gündüz 0-3° şaxta olacağı gözlənilir.