07 iyun 2019 12:35
1106

Heydər Əliyevin Klivlend Klinikasındakı cərrahı və kardioloqu Azərbaycana gəlib - FOTO

Ümummilli lider Heydər Əliyevin cərrahı Bruce Lytle (Klivlend Klinikası, ABŞ) və kardioloqu Murat Tuzcu (Klivlend Klinikası, ABŞ) Azərbaycana gəliblər.

“Report” xəbər verir ki, səfərin məqsədi Heydər Əliyevin xatirəsinə həsr olunan “Bakı Ürək Günləri” beynəlxalq konqresdə iştirak etməkdir.

Konqres çərçivəsində bu gün gənc həkim və rezidentlər üçün kurs (Mərkəzi Klinik Xəstəxanada) keçirilir. Sabah isə konqresin rəsmi açılış mərasimi olacaq.