22 yanvar 2020 19:48
1070

İslahatların alternativi yoxdur

Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə  namizədi Sərraf Hüseynovun seçicilərlə növbəti görüşü keçirilib.

YAP Mərkəzi Seçki Qərargahı Nəsimi rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Məlahət İbrahimqızı seçicilərə S.Hüseynovun bu zamana qədərki fəaliyyəti ilə bağlı məlumat verib və onları YAP-ın namizədinə səs verməyə çağırıb.

Daha sonra çıxış edən S.Hüseynov bildirib ki, onun fəaliyyətinin böyük bir hissəsi məhz Nəsimi rayonu ilə bağlı olub. Belə ki, Sərraf Hüseynov YAP Nəsimi rayon təşkilatında uzun müddət çalışıb, hazırda da Nəsimi rayonunda yerləşən Azərbaycan Dillər Universitetində rektorun ictimai məsələlər üzrə müşaviri vəzifəsində işləyir.

S.Hüseynov seçicilərə Prezident İlham Əliyevin apardığı genimiqyaslı islahatlardan və bu islahatların əhalinin  rifahına olan təsirindən, həmçinin icra hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərdən söz açaraq, bunun qanunverici hakimiyyət- Milli Məclis üçün də labüd olduğunu diqqətə çatdırıb. Bildirib ki, inkişafımızın indiki mərhələsində islahatlara alternativ yoxdur.

O, seçiciləri seçkilər günü fəal olmağa və səslərini YAP-ın namizədlərinə verməyə çağırıb.

Görüşün sonunda sakinlərin problemləri və təklifləri dinlənilib.