22 avqust 2019 17:47
797

İsmayıllı və Ağsunun sərhəd ərazisində yanğın baş verib

Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Gəndəxan kəndinə yaxın, İsmayıllı və Ağsunun sərhəd ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hadisə yerində hazırda 2-si İsmayıllı yanğından mühafizə hissəsinə məxsus olmaqla 4 yanğınsöndürən avtomobili və hər iki rayondan 50-yə yaxın canlı qüvvə çalışır. Dağlıq ərazi və mürəkkəb relyef yanğınla mübarizədə çətinliklər yaradır.

Saat 16:30 radələrinədək 5-6 hektar quru kol-kos sahəsi yanıb. Yanğının ətrafdakı meşəliklərə və yaxın kəndlərə yayılmaması üçün ciddi mübarizə aparılır.