24 yanvar 2021 09:40
1031

“Komsomolskaya Pravda”: Azərbaycan Hüzn gününü qeyd edir

Rusiyanın “Komsomolskaya Pravda” qəzetində Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə “Azərbaycan Hüzn gününü qeyd edir” adlı məqalə dərc olunub.

“İki sahil”in məlumatına görə, 20 Yanvar hadisələrinə həsr olunmuş məqalədə qeyd edilir ki, o gecə Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli terror aktı bəşəriyyət tarixinə insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi daxil olmuşdur: “Faciəli 20 Yanvar hadisələrinin ertəsi günü ümummilli lider Heydər Əliyev ailə üzvlərinin müşayiəti ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. Həmin tədbirdə o Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüz aktını dinc əhaliyə qarşı qırğın və cinayət adlandıraraq kəskin şəkildə pislədi”.

Materialda xüsusilə qeyd olunur ki, Azərbaycan xalqı növbəti dəfə azadlıq arzusunu Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa edərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəldiyi zaman həyata keçirdi.