- Sağ əlini istifadə edən insanlar solaxaylardan orta hesabla 9 il daha çox yaşayır.
- Əgər ayağınıza soğan sürtsəniz, təxminən bir saat sonra dadını ağzınızda hiss etməyə başlayacaqsınız. Çünki qan damarlarınıza işləyəcək.
- İnsan orqanizminin 3 sm-lik hissəsində ən az 20 milyon mikroskopik canlı yaşayır.
- Zürafələr susuzluğa dəvələrdən daha dözümlüdür.
- Bir ilbiz 3-4 il yata bilər. Qidalanmağa ehtiyacı olmaz.
- Qaranlıq otaqda saxlanılan qızıl balıqcığın rəngi get-gedə solur.
- Kişilər qadınlardan 30 faiz daha güclüdür və beyinləri qadınların beynindən daha ağırdır.
- Normal insan özü bilmədən ildə orta hesabla 430 həşərat udur.
- Bir çovdar toxumu 640 km uzunluğunda kök verə bilər.
- Merkuri planetinin səthinin temperaturu gün ərzində 430 dərəcəyə qalxır; gecə isə 180 dərəcəyə düşür.
- Palıd və fıstıq ağacından buxarlanan hava bir gün ərzində təxminən 100 litrə çatır.
- Kəpənəklər arxa ayaqları ilə qoxu alır və sütunları toxunma ilə aktivləşir.
- Finlandiyada bitən şam ağaclarının kökü 50 kilometrdən çoxdur.
- İndiyə qədər velosipedlə əldə edilən ən yüksək sürət 268 kilometrdir. Bu rekordu Fred Rompelberq adlı holland velosipedçi qırıb.
- Neandertal insanın beyni bizim beynimizdən daha böyük olub.
- 2.000 kilometr uzunluğundakı Böyük Mərcan Rifi dünyada yaşayan ən böyük canlıdır.
- Autizmdən əzab çəkənlərin 65 faizi solaxaydır.
- Qütb ayıları saatda 40 kilometr sürətlə qaça və 1,8 metr yüksəyə sıçraya bilir.
- Bədəndə olan damarların uzunluğu təxminən 100 min kilometrdir. Bu uzunluqdakı bir iplə dünyanı 2,5 dəfə dövrə vurmaq olar.
- Nəfəsi almadan dayanmaqla ölmək mümkün deyil. Çox saxlasanız, huşunuzu itirə bilərsiniz, sonra yenidən normal nəfəs almağa başlayarsınız.
Könül Əliyeva, “İki sahil”