23 yanvar 2021 17:47
719

Mbappe: Müqaviləni yeniləsəm...

PSJ-nin hücumçusu Kilian Mbappe klubla yeni  müqavilə imzalamaqla bağlı danışıqlardakı son durumdan danışıb.

"İki sahil" Fransa mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu bunları deyib:

“İndi düşünürəm. PSJ ilə danışıqlar da  davam edir. Müqaviləni yeniləsəm, bu, uzun müddət burada qalacağım mənasını verəcək. PSJ-də özümü yaxşı hiss edirəm. Tezliklə bir qərar verməli olacağam".

Qeyd edək ki, Mbappe bu mövsüm Liqa 1-də 17 matça çıxaraq, 14 qol vurub və 6 qolun ötürməsini verib.