23 yanvar 2020 16:25
776

Məşhur cütlük boşanır

49 yaşlı müğənni Əmrahla həyat yoldaşı Sibel Erdoğan boşanır.

2014-cü ildə evlənən cütlük ayrılmağa qərar verib.

Tez-tez mübahisə edən Əmrahla həyat yoldaşı terapiya keçsə də, münasibətlərini xilas edə bilməyiblər. Məlum olub ki, müğənni ilə Sibel Erdoğan qarşılıqlı razılaşmaya əsasən boşanacaq.

Qeyd edək ki, cütlüyün nikahdan iki övladı var.

Publika.az