16 yanvar 2019 18:51
278

Məşhur türk aktrisasının vəziyyəti ağırdır

Məşhur komediya filmi olan "Hababam sınıfı"ndakı müəllim obrazları ilə yaddaşlarda qalan aktrisa Ayşen Grudanın vəziyyəti ağırdır.

"İki sahil" Milli.Az-a istinadən xəbər verir ki, o, artıq 1 həftədən çoxdur ki, xəstəxanada müalicə alır.

Xəstəxanadan verilən məlumata görə, reanimasiyada olan aktrisa süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, aktrisanın 74 yaşı var.