15 avqust 2020 12:41
2020

Messi indiyə qədər belə uduzmamışdı

Argentinalı hücumçu və "Barselona" nın kapitanı Lionel Messi karyerasının ən böyük məğlubiyyətini yaşayıb.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalında Kataloniya komandasının tərkibində Messi "Bavariya" ya 2:8 hesabı ilə məğlub olub. Bu məğlubiyyət onun həm klubda, həm də milli komandada karyerasının ən pis dövrü olub.

Bundan əvvəl 33 yaşlı hücumçu üçün ən böyük məğlubiyyət 2009-cu ildə Argentina millisinin tərkibində Boliviyaya qarşı olmuşdu (1:6).