UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və Rusiyanın “Arsenal” klubları arasında yazışma olub.
“Report” xəbər verir ki, bakılılar “Twitter”də rəqibini salamlayaraq sual veriblər: “Samovarımızı özümüzlə gətirə bilərik?” Tula təmsilçisinin cavabı isə belə olub: “Samovarı götürün, pryaniklə biz təmin edərik”.
Qeyd edək ki, ilk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.