15 noyabr 2016 19:40
772

BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Bakı Slavyan Universitetində Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Noyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə BSU-nun rektoru Nurlana Əliyeva Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açıb, müxtəlif ölkələrin cəmiyyətləri arasında mövcud tolerant münasibətlərin, habelə multikultural dəyərlərin inkişafının əhəmiyyətini qeyd edib.

Bildirilib ki, tolerantlıq və multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.