11 dekabr 2019 14:34
620

Nyu-Cersidə atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb

ABŞ-ın Cersi-Siti şəhərində (Nyu-Cersi ştatı) baş verən atışma nəticəsində altı nəfər, o cümlədən bir polis əməkdaşı həlak olub.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, şəhərin polis rəisi Maykl Kellinin sözlərinə görə, beş nəfərin, o cümlədən şübhəli şəxslərin cəsədləri cinayətkarların sığındığı mağazada aşkarlanıb. Daha bir nəfər - polis zabiti isə atışmada həyatını itirib.

Bir neçə saat davam edən atışma zamanı, həmçinin iki polis əməkdaşı da yüngül xəsarətlər alıb. Şahidlərin sözlərinə görə, insident qəbiristanlığın ətrafında başlayıb və cinayətkarlar sonradan yaxınlıqdakı mağazaya giriblər.