Sosial əlaqələri az olan qadınlar kişilərə nisbətən daha tez kökəlirlər.
Belə bir qənaətə Kanadadakı “British Columbia” Universitetinin alimləri gəlib.
Qeyd olunub ki, mütəxəssislər 28 238 insanın sosial əlaqələrini, bədən çəkisini, bel nahiyəsini və bədənin piylənməsini təhlil ediblər.
Məlum olub ki, tək yaşayan qadınların - Məsələn: subay, dul, boşanmış və başqaları ilə az təmasda olanlar ən böyük bel nahiyəsinə sahibdirlər. Bu isə bədən çəkisinin artması nəticəsində meydana gəlir.
Kişilər arasında bunun əksi müşahidə olunub. Belə ki, sosial təması çox və evli kişilər subaylara nisbətən daha çox kökəlməyə meyillidirlər. //Report
FHN: Hövsanda qeyri-çimərlik ərazisində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngə boyanmasının səbəbi araşdırılır
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlanıb