01 oktyabr 2020 22:45
837

Qatil: Onlar çox xoşbəxt olduğu üçün qəzəbləndim - FOTO

İtaliyada futbol hakimi Daniele De Santisin və sevgilisi Eleonora Mantanın qatili saxlanılıb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, 21 yaşlı Antonio De Marko cinayəti etiraf edib.

Dindirmə zamanı kişi bunu intiqam məqsədiylə həyata keçirdiyini etiraf edib. Onun sözlərinə görə, De Santis qızla yaşamağa qərar verdiyi zaman ondan evdən çıxmasını istəyib. Bundan sonra o, mənzilə girərək gənclərə 60-dan çox bıçaq xəsarəti yetirib.

“Onlar çox xoşbəxt idi, buna görə də qəzəbləndim”, - deyə De Marko xəbər verib.