Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ("Rosselxoznadzor") Qazaxıstandan Rusiyaya ərzaq təyinatlı günəbaxan ixracının 2027-ci ilə qədər dayandırılmasını xahiş edib. Qurumun rəsmi bəyanatına görə, buna səbəb qeyd olunan məhsulun toxumlarının ölkəyə qanunsuz yollarla idxal edilməsidir.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"Rosselxoznadzor" toxumların qanunsuz tədarükü ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə ərzaq təyinatlı günəbaxanın Rusiyaya göndərilməsinin 1 yanvar 2027-ci il tarixinədək müvəqqəti olaraq dayandırılması xahiş olunur", - deyə idarənin yaydığı rəsmi məlumatda bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl "Rosselxoznadzor" Ermənistanın bütün müəssisələrindən Rusiyaya balıq məhsullarının idxalına da müəyyən məhdudiyyətlər tətbiq etmişdi.
Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb
“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib
Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib
Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib