26 fevral 2020 10:38
1668

Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb

Fevralın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir.

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar yağıb.

Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndində qeydə alınıb- mənfi 15 dərəcə.