KÖŞƏ

Zahid Rza

29 noyabr 2019 10:34
236

Radikalların söz savaşı dərinləşir

Mühacir alveri bu ünsürlərin özlərinə sirr, ictimaiyyətə bəlli olan olayların açıqlanmasında yardımçıdır

Müxalifətin radikal qanadının  nümayəndələri tərəfindən Avropaya qanunsuz mühacir alverini təsdiqləyən faktların sayı günbəgün artmaqdadır.   “Mühacir biznesi” ölkənin siyasi həyatında müzakirə edilən yeni məsələ deyil. Son illər ölkəmizdə bəzi müxalifət partiyaları, həmçinin Müsavat tərəfindən siyasi mühacirlərə saxta arayışların satılması barədə xeyli faktlar açıqlanıb. 

Məlum olduğu kimi, Almaniyanın hüquq mühafizə orqanları  Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli məhkəmələr tərəfindən 6 ay müddətinə həbs tədbiri də görülüb. Avropada yaşayan müxalif  dəstənin üzvlərindən, tanınmış mühacirlərdən də bəziləri statuslar yazaraq, bəzi mühacirlərin geri göndərilməsi ehtimalının artdığını deyirlər.

Radikal müxalifət partiyaları, onların üzdə mələk olan rəhbərləri mühacir biznesi ilə məşğul olduqlarını ört-basdır etməyə çalışsalar da, yalanlarının ayaq tutub yerimək imkanında olmadığının fərqindədirlər. Bu ünsürlər   Avropaya saxta müxalifətçilər “ixrac edərək” bu işdən böyük məbləğdə vəsait  qazanırlar. Amma bu illər ərzində həmin müxalifət partiyalarının rəhbərləri ənənələrinə uyğun olaraq apardıqları əsassız təbliğatları ilə həqiqətə qalib gələcəklərini düşünür, mühacir biznesinin real olmadığını bildirir, insanların gözünə “kül üfürürdülər”. Amma bu gün fərqli mənzərənin şahidinə çevriliblər. İşləri qəlizləşib, ortada böyük qalmaqala səbəb olan ifşa olunmuş şəbəkənin  varlığını inkar edə bilmirlər. Əlacları hər yerdən üzülən bu ünsürlər yeganə çıxış yolunu ictimai diqqəti yayındırmaq üçün  bir-birilərini ittiham etməkdə görürlər.  Müsavat Partiyası ilə Real Partiyası arasında yaranmış yeni söz davası buna bariz nümunədir.  Belə ki, Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işlərinə və “siyasi mühacir alveri”nə görə Almaniya polisi tərəfindən həbs edilməsi xəbəri yayılandan dərhal sonra sosial şəbəkələrdə ilk olaraq, bu məsələdən öz maraqlarına istifadə edən cəbhəçilər oldular. Müsavatçıların adının hallandığı bu hadisəni pisləyən AXCP üzvləri sosial şəbəkələrdə yazdıqları statuslarla özlərini günahsız kimi göstərməyə başlayıblar. Müsavat Partiyasının təmsilçisi  Səxavət Soltanlının “Facebook”da yazdığı status realçıları çox əsəbləşdirib. Səxavət Soltanlı “Facebook”da belə status yazıb: “Kim olmasından asılı olmayaraq, hansısa qanunsuz işdə adı keçən hər kəs cəzasını almalıdır. Qanunsuz əməllərdə iştirakı sübut olunan heç bir kəs bizimlə bir yerdə ola bilməz!”. Bu statusa Real Partiyası üzvlərinin yazdıqları rəylər qarşılıqlı mübahisəyə səbəb olub. Real Partiyasının üzvü Dağlar Mustafayev onun paylaşımı barədə yazıb: “O zaman, Müsavat rəhbərliyindən başlayın. Zamanında o da üzə çıxacaq. Necə ki, əvvəl inkar etdikləriniz bu gün üzə çıxır”. Səxavət Soltanlı isə cavab olaraq bildirib ki, deyilənlər şər-böhtandır. Amma realçı Dağlar Mustafayev onun fikirlərinə “Bu gün bu məsələni inkar edənlər, ya sadəlövhdür, ya da işin içindədirlər. Bilə-bilə susurlar” - deyə cavab verib.

Avropada yaşayan bəzi tanınmış müsavatçılar Arif Hacılı və digər bu məsələ ilə əlaqəli şəxslərə suallar ünvanlayaraq, partiyalarının adının Avropada saxta sənəd satılması hadisələrində hallanmasının izahatını tələb ediblər.

Dağıdıcıların belə ikrah doğuran  hadisələrin müəlifləri  olması  təəccüb doğurmamalıdır. Onsuz da hər kəsə bəllidir ki,  Avropanın mərkəzində oturub, fürsət düşdükcə Azərbaycan məmurlarını təhqir edən, milli-mənəvi dəyərlərimizə zidd addımlar atmaqla, sosial şəbəkələrdə qəhrəmana çevrilənlərin böyük əksəriyyəti siyasi sığınacağı hansısa saxta sənədlər əsasında alan müxalifətçilərdir. Dövlətin maraqlarını öz şəxsi ambisiyalarına qurban verən belə ünsürlərin dəyişməz olan bir adı var - simasızlar, mənəviyyatsızlar, kölələr.

Röya Rasimqızı, “İki sahil”

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...