05 dekabr 2019 20:49
1038

Sevgilisindən Ronalduya dəstək: "Sən ən yaxşısan"

Corcina Rodriges sevgilisi, "Yuventus"un futbolçusu Kriştianu Ronaldu ilə bağlı paylaşım edib.

Fanat.az xəbər verir ki, model "Qızıl top"u qazana bilməyən sevgilisinə dəstək olaraq onu "ən yaxşı" adlandırıb:

"Rəqəmlər və qazandığın mükafatları hazı görür. UEFA Millətlər Liqası, İtaliya Kuboku, A seriyasında çempionluq, seriyanın ən yaxşısı seçildin. Sən mükafatlara sığmayan bir futbolçusan. Sən rəqabətdən qorxmayan, daim irəliyə gedən və dünyaya hər zaman bir nömrə olduğunu göstərən futbolçusan. Səni sevirəm".

Qeyd edək ki, "Qızıl top" mükafatını 6-cı dəfə argentinalı futbolçu Lionel Messi qazanıb.